525.Az

Qərb regionunun turizm imkanlarına dair Şəmkirdə görüş


 

Qərb regionunun turizm imkanlarına dair Şəmkirdə görüş<b style="color:red"></b>

BMT-nin İnkişaf Proqramı (UNDP) və Dövlət Turizm Agentliyi tərəfindən birgə icra olunan “Azərbaycan regionlarında dayanıqlı turizmin inkişafına dəstək” layihəsi çərçivəsində respublikamızın qərb bölgəsi üzrə “Turizm Destinasiyalarının (məkanlarının) İdarəetmə Planı”nın təqdimatı keçirilib.
 

Şəmkir Rayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin əməkdaşlarının və  ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə layihə üzrə bölgədə, xüsusən də Şəmkir rayonunda nəzərdə tutulan fəaliyyətlərlə bağlı müzakirələr aparılıb.

Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının müavini Rüfət Sahibsoy ltəqdim olunan ayihənin əhəmiyyətini yüksək qiymətləndirib və bildirib ki, ölkə rəhbərinin diqqət və qayğısı sayəsində Şəmkir rayonunda digər sahələrlə yanaşı turizm potensialının inkişaf etdirilməsi, yeni istirahət mərkəzlərinin yaradılması, mövcud infrastrukturun bərpası və yenidən qurulması istiqamətində işlər aparılır.

Planın müzakirəsi zamanı qərb bölgələrimizin, o cümlədən Şəmkir rayonun geniş turizm potensialının olduğu vurğulanıb, bu imkanların reallaşdırılması üçün turizm infrastrukturunun daha da təkmilləşdirilməsinin, eləcə də bu yöndə fəaliyyətləri ilə seçilən yerli icmaların və sahibkarların ölkəmizin turizm strategiyasının həyata keçirilməsində birbaşa iştirakının təmin olunmasının vacibliyi qeyd olunub.

Görüşdə səsləndirilən bir sıra vacib təkliflərin sözügedən planda nəzərə alınacağı bildirilib.
 

Z.Muradov
 

 





02.08.2023    çap et  çap et