Ağstafada aparılan abadlıq işləri çərçivəsində rayonun Yenigün kəndinin qəbiristanlığına uyuyan xalq şairi Hüseyn Arifin, eləcə də onun doğmalarının məzarüstü xatirə abidələri və onların ətrafında abadlıq işləri görülüb.
Azərbaycan poeziyasının görkəmli nümayəndəsinin son mənzilində, eləcə də onun dörd nəfər ailə üzvünün - anasının, həyat yoldaşının, oğlunun və qızının məzarlarında təmir-bərpa işləri həyata keçirilib, abidələrdə yaranmış aşınmalar aradan qaldırılıb, məkanı əhatə edən dekorativ metal konstruksiyalar və onun tavanı yenilənib.
Xatırladaq ki, 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində dünyaya göz açan Hüseyn Camal oğlu Hüseynzadə 1992-ci il sentyabrın 14-də Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub. O, 1976-cı ildə dünyadan vaxtsız köçən oğlu Arifin xatirəsinə özünə Hüseyn Arif təxəllüsü götürüb.
Z.Muradov
çap et