525.Az

Goranboyda əkin sahələrinin suvarılmasına nəzarət üzrə mobil qruplar yaradılıb


 

Goranboyda əkin sahələrinin suvarılmasına nəzarət üzrə mobil qruplar yaradılıb<b style="color:red"></b>

Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə xüsusi qərargah və mobil qruplar yaradılb. Bu haqda  rayon İcra Hakimiyyəti Başçısı tərəfindən müvafiq sərəncam verilib.

Xüsusi qərargah və qrupların əsas vəzifəsi yerlərdə təsərrüfatların suvarma ehtiyaclarının öyrənilməsi və onların su təchizatı məsələlərinin səmərəli şəkildə həllinə nail olunmasıdır. 

Artıq rayonun  Xoylu, Qaradağlı, Yolqullar, Şadılı, Nizami, Dəyirmanlar, Baxçakürd, Düzqışlaq, Quşçular, Fəxralı və Alpout kənd  inzibati ərazi dairələri üzrə nümayəndəlikləri əhatə edən mobil qrup yaradılıb və həmin kəndlərdə onun operativ müşavirələri keçirilir.
 

Z.Muradov

 





02.08.2023    çap et  çap et