525.Az

Qlobal istiləşmə 46 min il yatmış qurdları oyadıb


 

Qlobal istiləşmə 46 min il yatmış qurdları oyadıb<b style="color:red"></b>

Qlobal istiləşmənin təsirləri artıb belə ki , Rusiyanın Sibir bölgəsində 46 min il yatmış qurdlar ərimiş torpaqdan çıxarılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, iqlim dəyişikliyinin yaratdığı həddindən artıq isti dalğaları Sibirdə donmuş torpaqlara öz təsirini göstərib. 

Ərimiş torpaqların altında 46 min il yatmış qurdlar meydana çıxıb. Uzunluğu 1 millimetrdən az olan qurdlar kriptobioz adlanan bir növ yuxuda minlərlə il keçirmişlər. 

Bu qurd növü ilk dəfə qeydə alınıb. Qurdlar üçün xüsusi qab hazırlanıb. Onların çoxalması da təmin edilib. Lakin qurdlar yumurta qoyduqdan bir neçə ay sonra ölüblər.

Malik Atilay

 





02.08.2023    çap et  çap et