525.Az

ABŞ Rusiyanın iki institutu və bir elmi mərkəzinə sanksiya tətbiq edib


 

ABŞ Rusiyanın iki institutu və bir elmi mərkəzinə sanksiya tətbiq edib<b style="color:red"></b>

ABŞ Maliyyə Nazirliyi Rusiya Elmlər Akademiyasının (REA) iki institutu və bir elmi mərkəzinə sanksiya tətbiq edib.

525.az  “Kommersant”a istinadən xəbər verir ki, “qara siyahı”ya Rusiya Elmlər Akademiyasının A.M.Proxorov adına Ümumi Fizika İnstitutu, Kazan Elmi Mərkəzi və Bərk Cisimlər Fizikası İnstitutu düşüb.

Eyni zamanda Rusiyanın iki konteyner gəmisi - "Sasco Angara" və "Paramuşir" də sanksiyalara məruz qalıb. Nazirlik onların Saxalin Gəmiçilik Şirkəti (SASCO) ilə əlaqəli olduğunu iddia edir.

Bundan əlavə, rusiyalı iş adamı Sergey Adoniyevə məxsus və Malta bayrağı altında üzən "Addiction" yaxtası "qara siyahı"dan çıxarılıb.

 





03.08.2023    çap et  çap et