525.Az

Ukrayna Rusiyanın 6 limanının akvatoriyasında hərbi təhlükə elan edib


 

Ukrayna Rusiyanın 6 limanının akvatoriyasında hərbi təhlükə elan edib<b style="color:red"></b>

Ukrayna Rusiyanın Qara dənizdə yerləşən limanlarının akvatoriyasında gəmilərin hərəkəti üçün hərbi təhlükə elan edib.

525.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Dəniz və Çay Nəqliyyatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Anapa, Novorossiysk, Gelencik, Tuapse, Soçi, Taman dəniz limanlarının akvatoriyası hərbi təhlükədədir.

Bu xəbərdarlıq avqustun 4-də verilib və ləğv olunana qədər qüvvədə qalacaq.

 





05.08.2023    çap et  çap et