525.Az

ARDNF-in “Şahdəniz”dən gəlirləri artıb


 

ARDNF-in “Şahdəniz”dən gəlirləri artıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 141 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 6,4% çoxdur.

525.az-a ARDNF-dən verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 1 072 mln. ABŞ dollarına bərabər olub.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.08.2023 tarixinə) 259,6 mln. ABŞ dolları olub, bu da isə 2,7% artım deməkdir. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında ARDNF kondensatın satışından 252,725 mln. ABŞ dolları əldə etmişdi.

 





07.08.2023    çap et  çap et