525.Az

Tarixin ən yaxşı fizikləri - ARAŞDIRMA


 

Tarixin ən yaxşı fizikləri - <b style="color:red">ARAŞDIRMA</b>

Fizika təbiətin ən ümumi qanunlarını, bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənən elmdir. Bu elm bir çox texnoloji yeniliklərin tətbiqində və inkişafında böyük rol oynayır. Xüsusi diqqət, vaxt və bilik tələb edən fizika, bəzi mütəxəssislər və alimlər tərəfindən inkişaf etdirilərək bugünkü halına çatıb.

525.az olaraq sizlərə tarixin ən yaxşı fiziklərini təqdim edirik.

1. İsaak Nyuton - (1642-1727)

Nyuton tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biridir. Elmi inqilabın baş verməsində böyük rolu olmuşdur. Yerin cazibə qüvvəsi anlayışını ilk dəfə olaraq elmə Nyuton daxil etmişdir.

2. Albert Eynşteyn - (1879-1955)

Eynşteyn yəhudi fizik, nəzəriyyəçi, müasir nəzəri fizikanın yaradıcılarından biridir. O həmçinin fizika üzrə Nobel mükafatı laureatıdır. Nisbilik nəzəriyyəsi, xüsusilə kütlə və enerjinin ekvivalentliyi münasibətinə görə məşhurlaşıb.

3. Mariya Küri - (1867-1934)

Küri Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuş yeganə alimdir. Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və yoldaşı Pyer Küri vermişdir.

4. Stiven Hokinq - (1942-2018)

O müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biridir. Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur.

5. Verner Heyzenberq - (1901-1976)

Heyzenberq alman fiziki, kvant mexanikasının əsas yaradıcılarından biridir. O 1925-ci ildə nəşr etdiyi məqaləsi ilə böyük şöhrət qazanmışdır.

6. Qalileo Qaliley - (1564-1642)

Qaliley müasir fizika və astronomiya elmlərinin və elmi düşüncənin banilərindən biridir. Həmçinin onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

7. Ceyms Maksvell - (1831-1879)

Onun ən mühüm nailiyyəti Maksvell tənlikləri ilə elektrik və maqnitizmin eyni şey olduğunu sübut etməsidir.

8. Robert Oppenheymer - (1904-1967)

O Los Alamos Laboratoriyasının rəhbəri idi. II dünya müharibəsi zamanı hazırlanan Manhetten layihəsində yaradılan atom bombasının atası hesab edilir.

Məhəmməd Tağıyev

 





08.08.2023    çap et  çap et