525.Az

Daha bir ailə faciəsi: körpə bacı-qardaş öldü


 

Daha bir ailə faciəsi: <b style="color:red">körpə bacı-qardaş öldü</b> Şəmkir rayonunda dəhşətli yol qəzası baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 7-si saat 22 radələrində Şəmkir rayonu Düyərli kəndinin ərazisində Göygöl rayon sakini Səbuhi İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəyəm-Cırdaxan kənd sakini Dinarə Bayramovanı, onun azyaşlı oğlu Fəqanı və azyaşlı qızı Gültacı vurub.
 
Uşaqlar hadisə yerində ölüb, D. Bayramova xəstəxanaya yerləşdirilib.
 
BDYPİ tərəfindən araşdırma aparılır.
 





08.08.2014    çap et  çap et