525.Az

"Qırmızı Körpü"də "Kob dostu" fəaliyyətə başlayıb


 

"Qırmızı Körpü"də "Kob dostu" fəaliyyətə başlayıb<b style="color:red"></b>

Qazax rayonundakı "Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində "KOB dostu" fəaliyyətə başlayıb.

525.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tviter hesabında bildirib.

Onun sözlərinə görə, burada idxal-ixrac əməliyyatları və gömrük prosedurları barədə informasiya və məsləhət veriləcək, hüquqi yardım göstəriləcək: “Bu, gömrükdə Bakıdan sonra KOB dostunun sayca 2-ci xidmət pəncərəsidir”. 

 





09.08.2023    çap et  çap et