525.Az

Naxçıvanda bank hesablarının sayı 22 faiz artıb


 

Naxçıvanda bank hesablarının sayı 22 faiz artıb<b style="color:red"></b>

Bu il iyulun 1-nə Naxçıvan MR-da 260 823 bank hesabı olub.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 22,3 % çoxdur.

Bank hesablarının 177 564-ü cari, 82 232-si kredit, 1 027-si isə əmanət (depozit) hesablarıdır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 13,9 %, 45,3 % və 16,4 % çoxdur.

Bank hesablarının 2 883-ü hüquqi, 257 940-ı isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 35,6 % və 22,1 % çoxdur. Fiziki şəxs hesablarının isə 42 043-ü fərdi sahibkar hesablarıdır. Bu da illik müqayisədə 83,9 % artım deməkdir.

Bu ilin yanvar-iyun aylarında muxtar respublikada 28 194 yeni bank hesabı açılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,2 % azdır. Yeni hesabların 578-i hüquqi, 27 616-sı isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6 dəfə çox və 3,9 % azdır. Yeni fiziki şəxs hesablarının 4 062-si isə fərdi sahibkar hesablarıdır. Bu da illik müqayisədə 40,4 % artım deməkdir.

 





09.08.2023    çap et  çap et