525.Az

Naxçıvanda banklara qoyulan əmanətlərin həcmi 20 faizdən çox artıb


 

Naxçıvanda banklara qoyulan əmanətlərin həcmi 20 faizdən çox artıb<b style="color:red"></b>

Bu ilin iyulun 1-ə Naxçıvanda fəaliyyət götərən banklarda əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 15 milyon 228,5 min manat təşkil edib.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 % çoxdur.

Bunun 95,3 %-i və ya 14 milyon 507,8 min manatı milli valyutada, 4,7 %-i və ya 720,7 min manatı isə xarici valyutada qoyulub. Bu da, illik müqayisədə 22,1 % çox və 7,7 % azdır.

 





09.08.2023    çap et  çap et