525.Az

Naxçıvanda kredit qoyuluşu 30 faizdən çox artıb


 

Naxçıvanda kredit qoyuluşu 30 faizdən çox artıb<b style="color:red"></b>

Bu il iyulun 1-ə Naxçıvanda kredit qoyuluşu 378,075 milyon manat təşkil edib.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 30,1 % çoxdur.

Kredit qoyuluşunun 7,43 milyon manatının vaxtı keçib. Bu isə 1 il əvvələ nisbətən 17,2 % azdır.

 





09.08.2023    çap et  çap et