525.Az

Ukraynalı uşaqlar Qəbələyə səfər edib


 

Ukraynalı uşaqlar Qəbələyə səfər edib<b style="color:red"></b>

Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən ukraynalı uşaqların sosial reabilitasiyası davam edir.

525.az xəbər verir ki, Bakıda düşərgəyə yerləşdirilərək, müxtəlif reabilitasiya proqramlarına cəlb edilən uşaqların ölkəmizin müxtəlif bölgələrinə də gəzintisi təşkil edilib.

​İsmayıllı rayonunun Basqal qəsəbəsində olan uşaqlar, ardınca Qəbələ rayonuna səfər ediblər. Onlar Qəbələ rayonu ilə yaxından tanış olublar.

​Ötən gün başlayan marşrut bu gün Laza kəndi ilə davam edib. Füsunkar təbiətlə tanışlıqdan sonra onlar milli mətbəximizin nümunələrindən olan lavaşın hazırlanması prosesində də iştirak ediblər.

Uşaqlara eləcə də peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları həyata keçirilir, liderlik təlimi verilir.

Qeyd edək ki, ukraynalı uşaqların Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur.

14 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədilə təşkil edilib.

 





09.08.2023    çap et  çap et