525.Az

Ağdamın Qarağacı qəbiristanlığına ziyarətlər təşkil olunacaq


 

Ağdamın Qarağacı qəbiristanlığına ziyarətlər təşkil olunacaq<b style="color:red"></b>

Ağdamın dağıdılmış Qarağacı qəbiristanlığına ziyarətlər təşkil olunacaq. Bu barədə “525”ə Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev məlumat verib.  Birlik sədri bildirib ki, hazırda Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarağacı – Kollektiv yaddaşın bərpası” layihəsini həyata keçirir. Səfərlər də məhz bu layihə çərçivəsində baş tutacaq: “Layihə çərçivəsində Qarağacı qəbiristanlığına ilk səfər təşkil edilib. Layihə icraçılarının və layihəyə ekspert kimi cəlb edilmiş ərazini yaxşı tanıyan şəxslər əraziyə baxış keçirib.

ANAMA və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin ofisi əməkdaşlarının müşayiəti ilə  keçirilən baxış zamanı bundan sonrakı səfərlərdə Qarağacı qəbiristanlığında ziyarət olunacaq ərazilər müəyyənləşdirilib.

Ekspert dəyərləndirmələrindən sonra Qarağacı qəbiristanlığına ziyarətlər təşkil olunacaq”.

Asəf Quliyev onu da əlavə edib ki, ziyarət səfərlərinin sentyabr ayında təşkil olunması planlaşdırılır.

S.QARAYEVA

 

 





09.08.2023    çap et  çap et