525.Az

İşğaldan azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı təsdiqlənib


 

İşğaldan azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı təsdiqlənib<b style="color:red"></b>

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı təsdiq edilib.

525.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısına buradan baxmaq mümkündür.

Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2033-cü il 1 yanvar tarixinədək qüvvədədir.

 





09.08.2023    çap et  çap et