525.Az

Ağırçəkili avtomobillərin müşayiət olunmasına görə xidmət haqqı müəyyənləşib


 

Ağırçəkili avtomobillərin müşayiət olunmasına görə xidmət haqqı müəyyənləşib<b style="color:red"></b>

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği müəyyən edilib.

525.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği aşağıdakı kimi olacaq:

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün) - 1,49 manat;

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiətavtomobilləri ilə müşayiət olunma (1 kilometr üçün) - 1,68 manat;

Hərəkət marşrutunun müəyyən olunması - 30 manat;

 





09.08.2023    çap et  çap et