Rusiyada hazırlanan yeni dərslikdə Ukrayna müharibəsi Kreml nöqteyi-nəzərindən danışılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın təhsil naziri Sergey Kravtsov dünən paytaxt Moskvada verdiyi açıqlamada, kitabın yazılma məqsədinin Ukraynadakı "xüsusi hərbi əməliyyat"ı izah etmək olduğunu bildirib.
Sözügedən əməliyyatın Rusiya Prezidenti Vladimir Putinin tez-tez dilə gətirdiyi kimi “Ukraynanı tərksilah etmək və onu neonasist elementlərdən təmizləmək” məqsədi ilə həyata keçirildiyini müdafiə edən Kravtsov, kitabın orta məktəb şagirdlərinin bunu daha yaxşı başa düşməsinə şərait yaradacağını bildirib. Kitabın 5 aydan az müddətdə yazıldığını qeyd edən təhsil naziri: “Ukraynada xüsusi hərbi əməliyyat başa çatdıqda, qələbəmizdən sonra kitabı yeniləyəcəyik”, - deyib.
Malik Atilay
çap et