525.Az

Rusiyanın Ukraynaya hücumunda ölənlərin sayı 7-yə çatdı


 

Rusiyanın Ukraynaya hücumunda ölənlərin sayı 7-yə çatdı<b style="color:red"></b>

Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın Pokrovsk şəhərinə raket hücumu nəticəsində həyatını itirənlərin sayının 7-yə yüksəldiyini açıqlayıb.

525.az xarici mediaya istinadən bildirir ki, Klimenko teleqram kanalındakı paylaşımında Rusiyanın Donetsk vilayətinin Pokrovsk şəhərinə həyata keçirdiyi raket hücumu ilə bağlı açıqlamalar verib. 

Hücumun "böyük faciə"yə səbəb olduğunu bildirən Klimenko: "Hücum nəticəsində 36-sı polis, 2-si uşaq olmaqla 7 nəfər ölüb, 67 nəfər yaralanıb", - deyib. Klimenko qeyd edib ki, yeni hücum təhlükəsi səbəbindən dağıntıların təmizlənməsi işlərinin müvəqqəti olaraq dayandırılıb. 

Bildirilib ki, hadisə yerində Ukrayna baş prokurorunun nümayəndələri işləyir, axtarış-xilasetmə işləri aparılır.

Malik Atilay

 





09.08.2023    çap et  çap et