525.Az

Zaqatalada eyni ev 2 həftə fərqlə yenidən yanıb


 

Zaqatalada eyni ev 2 həftə fərqlə yenidən yanıb<b style="color:red"></b>

Zaqatalada eyni ev 15 gündən sonra yenidən yanıb

525.az xəbər verir ki, bu gün səhər saatlarında rayonun Qımır kənd sakini Şərif Qurbanismayıl oğlu Bayraməliyevə məxsus, ümumi sahəsi 240 kv/m olan, ikimərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün ərziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 30 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafiə edilib. Yanğın zmanı xəsarət alan olmayıb.

Qeyd edək ki, Ş. Bayraməliyevə məxsus evdə ötən ayın 26-da yanğın baş vermişdi.

Faktla bağlı araşdırma aparılır (APA).

 





10.08.2023    çap et  çap et