525.Az

Azərbaycanda buğdanın dərin emalına dair investisiya imkanı araşdırılacaq


 

Azərbaycanda buğdanın dərin emalına dair investisiya imkanı araşdırılacaq<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərşəkər" MMC arasında buğdanın dərin emalı layihəsi üzrə birgə investisiya imkanını araşdırmağa dair Anlaşma Memorandumu imzalanıb.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Nazir qeyd edib ki, layihə yerli istehsalın inkişafına və idxaldan asılılığın azalmasına mühüm təkan verəcək.

Bizim Telegram kanalımıza abunə olun
 

 





10.08.2023    çap et  çap et