525.Az

Avropada qazın qiyməti 480 dollara yaxınlaşıb


 

Avropada qazın qiyməti 480 dollara yaxınlaşıb<b style="color:red"></b>

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 480 ABŞ dollarını yaxınlaşıb.

525.az xəbər verir ki, 10 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 479,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (452,9 dollar) ilə müqayisədə 5,9% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

 





10.08.2023    çap et  çap et