525.Az

Naxçıvanda yeni vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb


 

Naxçıvanda yeni vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da 3 540 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

525.az  bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 89,4 %-i fiziki, 10,6 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb.

7 ay ərzində kommersiya qurumlarının 60,5 %-i elektron qaydada, 39,5 %-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

 





10.08.2023    çap et  çap et