525.Az

Azərbaycanda sənaye istehsalı azalıb


 

Azərbaycanda sənaye istehsalı azalıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 39,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % azdır.

Neft-qaz sektorunda məhsul istehsalı 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 6,5 % artıb.

Sənaye məhsulunun 69,1 %-i mədənçıxarma sektorunda, 25,7 %-i emal sektorunda, 4,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 3,3 % artıb.

Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 43 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,7 %, poliqrafiya məhsullarının istehsalı 34,3 %, kağız və karton istehsalı 31,8 %, içkilərin istehsalı 26 %, tikinti materiallarının istehsalı 24,1 %, maşın və avadanlıqların istehsalı 20 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,5 %, hazır metal məmulatlarının istehsalı 19,1 %, neft məhsullarının istehsalı 15,9 %, qida məhsullarının istehsalı 11,7 %, tütün məmulatlarının istehsalı 10 %, kimya sənayesi məhsullarının istehsalı 3,6 %, mebel istehsalı 2,5 % artıb.

Elektrik avadanlıqlarının istehsalı 0,2 %, əczaçılıq məhsullarının istehsalı 13,9 %, sair nəqliyyat vasitələrinin istehsalı 17 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,1 %, geyim istehsalı 23,4 %, sair sənaye məhsullarının istehsalı 29,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 31,1 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,1 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,7 % artıb.

 





10.08.2023    çap et  çap et