525.Az

Sadıq Rəhimovun 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq


 

Sadıq Rəhimovun 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Sadıq Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
 

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda bildirilir ki, 2014-cü ilin sentyabr ayında Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Hacıyarəli oğlu Rəhimovun anadan olmasının 100 illiyi tamam olur.
 
İqtisadiyyat və Sənaye Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə S. Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
 
Sadıq Rəhimov uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə səmərəli xidmətləri və Azərbaycan hökumətinin rəhbəri kimi təqdirəlayiq fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr verib.
 





08.08.2014    çap et  çap et