525.Az

İsrail Qəzza zolağına hava zərbəsi endirib


 

İsrail Qəzza zolağına hava zərbəsi endirib<b style="color:red"></b>

İsrailin Qəzza zolağına yeni hava zərbələri nəticəsində 5 fələstinli ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onların arasında 10 yaşlı uşaq da var.
 
O, paytaxt Qəzza şəhərinin bombardmanı zamanı həlak olub. Daha 1 nəfər Rəfahda, 3 nəfər isə Xan-Yunis şəhəri ətrafında ölüb.
 
Qəzza zolağında iyulun 8-dən başlayan qarşıdurmada həlak olan fələstinlilərin sayı 1898-ə çatıb, İsrail 67 vətəndaşını itirib.

 





09.08.2014    çap et  çap et