525.Az

Azərbaycanda daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı 57 % artıb


 

Azərbaycanda daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı 57 % artıb<b style="color:red"></b>

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 264 467 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.

 Dövlət Xidmətindən 525.az-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,9 % çoxdur.

Qeydiyyatı aparılan əmlaklardan 24 945-i fərdi yaşayış və bağ evi, 45 815-i mənzil, 188 132-si torpaq sahəsi, 1 519-u qeyri-yaşayış binası, 3 645-i qeyri-yaşayış sahəsi, 351-i əmlak kompleksi, 60-ı isə çoxmərtəbəli yaşayış binasıdır. Bunların 47 817-si Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Hesabat dövründə 218 114 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə 1 il əvvələ nisbətən 66,3 % çoxdur.

İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 14,6 % artaraq 39 093 olub.

 





11.08.2023    çap et  çap et