İranın Fars körfəzinə qonşu Buşehr əyalətinin Aseluye şəhəri sahillərində Panama bayrağı altında üzən "White Pearl" tankerində yanğın baş verib.
525.az xəbər verir ki, bu barədə Aseluye Limanının müdiri İmran Muradpur açıqlama verib. Muradpur 40 min ton yük daşıyan Panama bayraqlı LPG tankerinin mühərrik hissəsinin saat 15:30 radələrində yandığını deyib. O gəmi kapitanının liman rəhbərliyindən tələbi ilə gəminin olduğu əraziyə yanğınsöndürən və xilasedici qrupların göndərildiyini, 22 ekipaj üzvünün xilas edildiyini bildirib.
Qeyd edək ki, yanğınsöndürmə işlərinin davam etdiyi vurğulanıb.
Məhəmməd Tağıyev
çap et