Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun 37 kəndinin boşalmağa məcbur ediləcəyi açıqlanıb.
525.az yerli mətbuatın xəbərinə əsasən bildirir ki, Kupyansk Rayon Hərbi Administrasiyasının rəhbəri Andrey Kanaşeviç rayonun kəndlərinin boşaldılması barədə qərarı imzalayıb. Qərara əsasən, Kupyanskın 37 yaşayış məntəqəsi boşaldılacaq.
Ukraynada gərgin toqquşmalara səhnə olan Kupyansk istiqamətində Rusiyanın hücumları davam edir. Ukrayna Baş Qərargahı bildirib ki, son 24 saat ərzində Ukrayna qoşunları Kupyansk istiqamətində Sinkivka və İvanivke yaşayış məntəqələrində Rusiyanın hücumlarını uğurla dəf edib.
Qeyd edək ki, bu istiqamətdə 10-dan çox yaşayış məntəqəsinin artilleriya və minaatan hücumlarına məruz qalıb.
Malik Atilay
çap et