525.Az
İŞİD lideri ABŞ-a meydan oxudu
İŞİD lideri Amerika Birləşmiş Ştatlarını təhdid edib.
Lent.az-ın dünya mediasına istinadən verdiyi xəbərə görə, İŞİD lideri Əbubəkr əl-Bağdadi Twitterdə yaydığı səs yazısında terror təşkilatına qarşı hücuma keçən ABŞ-a meydan oxuyub:
“Bu mesajım Amerikayadır. Məni yaxşı eşidin. Xristianların adından döyüşənlər İraq və Suriyada heç nə qazana bilməyəcək. Tezliklə, “İslam oğulları”nı qarşınızda görəcəksiniz. ki, onlar da sizinlə döyüşmək üçün özlərini yaxşıca hazırladılar”.
Xatırladaq ki, dDünən Bəsrədən qalxan ABŞ qırıcıları Ərbil yaxınlığında İŞİD mövqelərini bombalayuıb. Yezidi kürdləri və xristianlara qarşı gözlənilən soyqırım təhlükəsi, digər tərəfdən ABŞ-ın müttəfiqi İraq Kürdüstanının paytaxtı Ərbilin işğal təhlükəsindən sonra prezident Baraka Obama Pentaqona “Vur” əmri verib.
09.08.2014
çap et