525.Az

İmişlidə 14 yaşlı uşağı avtomobil vuraraq öldürüb


 

İmişlidə 14 yaşlı uşağı avtomobil vuraraq öldürüb<b style="color:red"></b>

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 111-ci kilometrliyində, İmişli rayonunun ərazisində yerləşən məcburi köçkün qəsəbəsindən keçən hissədə qeydə alınıb.

Bəhrəmtəpə sakini Qədir Ağayev idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun   kənarında velosiped sürən, Füzuli rayonundan olan məcburi köçkün, qəsəbə sakini 14 yaşlı Ceyhun Məhəmməd oğlu Fətəlizadəni vurub. Müxtəlif dərəcəli  bədən xəsarətləri alan uşaq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.  

Hadisəni  törədən şəxs   polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

 





09.08.2014    çap et  çap et