525.Az

Tarixin ən yaxşı filosofları - ARAŞDIRMA


 

Tarixin ən yaxşı filosofları - <b style="color:red">ARAŞDIRMA</b>

"Filo" və "sofiya" yunan sözləri olub, "Sofiya" hikmət, "filo" isə sevmək deməkdir. Fəlsəfə, varlıq, bilik, dəyərlər, həqiqət, ağıl və dil kimi mövzularla bağlı mücərrəd, ümumi və fundamental problemlərin sistemli şəkildə öyrənilməsidir. Fəlsəfə ilə məşğul olanlara filosof deyilir. Tarix boyu məntiqli və dərin düşüncələrə sahib olan filosofların yanaşmaları isə daha sonralar elmə də təsir etmişdir.

525.az olaraq sizlərə tarixin ən yaxşı filosoflarını təqdim edirik.

1. Platon - (E.Ə. 428- E.Ə. 347)

Platon qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi idi. Onun fəlsəfəsi isə əsas diqqəti ontoloji  məsələlərə, eləcə də, dövlət və cəmiyyət problemlərinə yönəlmişdir.

2. Aristotel - (E.Ə. 384- E.Ə. 322)

Aristotel qədim yunan filosofu və ensiklopediyaçı, astronomiya elmini tapan alimdir. O Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsidir.

3. Rene Dekart - (1596- 1650)

O fransız filosofu, riyaziyyatçısı, fiziki və fizioloqudur. Eyni zamanda Fransız Elmlər Akademiyasının üzvüdür. Dekart həmçinin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmişdir.

4. Fridrix Nitsşe - (1844- 1900)

Nitsşe alman filosofu və klassik filoloqdur. Özündən sonrakı filosof, yazıçı, siyasətçi, musiqiçi və digər peşələrin insanlarına da fayda vermişdir.

5. Konfutsi - (E.Ə. 551- E.Ə. 479)

Konfutsi qədim dövr Çin filosofu və mütəfəkkiridir. O Çin fəlsəfi sisteminə təsir göstərmiş ən böyük şəxsdir. Daha sonralar ona yüz min nəslin atası adı verilmişdir.

6. Sokrat - (E.Ə. 469- E.Ə. 399)

Sokrat  klassik yunan filosofu və Platonun müəllimidir. Onun dünya fəlsəfi fikrinin inkişafına çox böyük təsiri olub və ardıcılları sonrakı dövrlərdə yeni fəlsəfi məktəblər yaradıblar.

7. Karl Marks - (1818- 1883)

Marks alman filosofu, iqtisadçı, tarixçi, sosioloq, jurnalist və sosialist inqilabçıdır. Onun siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir.

8. Anaksimandr - (E.Ə. 610- E.Ə. 547)

O dünyanın yaranması və quruluşu haqqında fikirlərini "Təbiət haqqında" adlı kitabında açıqlamışdır. Bu kitab yunanların ilk elmi kitabı hesab edilir.

9. İbn Sina - (980- 1037)

Sina orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biridir. Fars əsilli olduğu ehtimal olunur. Onun ən etibarlı əsərlərindən biri "Göz həkiminin dəftəri" əsəridir.

10. İmmanuel Kant - (1724- 1804)

Kant alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən biridir. O Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarındandır.

11. Devid Yum - (1711-1776)

Yum şotlandiyalı filosof, iqtisadçı və tarixçidir. O ingilis dilində yazmış ən mühüm filosoflardan biri hesab olunur.

Məhəmməd Tağıyev

 





14.08.2023    çap et  çap et