525.Az

Bakıda daha bir nəfər dənizdə boğularaq ölüb


 

Bakıda daha bir nəfər dənizdə boğularaq ölüb<b style="color:red"></b>

 Bakının Şimal Dres qəsəbəsinin çimərliyində daha bir nəfər dənizdə batıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yevlax rayon sakini Allahverdi Mustafayev çimərkən suda boğularaq ölüb.

A.Mustafayevin meyiti dənizdən çıxarılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Şimal Dres qəsəbəsinin dəniz çimərliyində 5 azyaşlı uşaq boğularaq ölüb.

 





09.08.2014    çap et  çap et