Rusiyanın Kalininqrad vilayətində təlim uçuşu zamanı Su-30 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsindən verilən açıqlamada Kalininqradda təlim uçuşu həyata keçirən Su-30 qırıcı təyyarəsinin qəzaya uğradığı bildirilib.
Təyyarədə olan iki pilotun həlak olduğu bildirilib.
Təyyarədə döyüş sursatı olmadığı və qəzanın texniki nasazlıq nəticəsində baş verə biləcəyi bildirilib. Rusiyanın Avropadakı ərazisi kimi tanınan Kalininqrad Baltik dənizində NATO dövlətləri Polşa və Litva arasında yerləşir.
Qeyd edək ki, Rusiya ordusu Ukraynadakı müharibədə Su-30 döyüş təyyarəsindən geniş istifadə edir.
Malik Atilay
çap et