525.Az

Bu il sahibkarlar istehlakçılara 217 min manatadək vəsait qaytarıb - Dövlət Xidməti


 

Bu il sahibkarlar istehlakçılara 217 min manatadək vəsait qaytarıb - <b style="color:red">Dövlət Xidməti</b>

"Bu ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 1 463 müraciət təmin olunub".

525.az-a bu barədə Dövlət Xidmətindən bildirilib.

Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 9,8 % çoxdur. Təmin olunan müraciətlər nəticəsində 216 878 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb, 36 501 manat məbləğində dəymiş ziyan ödənilib.

 





15.08.2023    çap et  çap et