Qazaxıstanın Taldıkorqan şəhərindəki aviabazada hərbi təyyarə uçuşa hazırlanan zaman qəza baş verib.
525.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
"Taldıkorqan aviabazasında hərbi təyyarə uçuşa hazırlanan zaman döyüş sursatı yerə düşüb. Nəticədə 2 hərbçi yaralanıb, onlardan biri aldığı xəsarətlərdən ölüb, digərinə isə yaralanıb", - məlumatda bildirilib.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.
Qoşqar Bəylərov
çap et