525.Az

Prezident Ərdoğanı təbrik etdi


 

Prezident Ərdoğanı təbrik etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib.
 
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik edib, ona Türkiyə xalqının firavanlığı və əmin-amanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
 
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
 
Azərbaycan prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
 





11.08.2014    çap et  çap et