525.Az

Türkiyədə meşə yanır


 

Türkiyədə meşə yanır<b style="color:red"></b>

Türkiyənin Əskişəhər vilayətinin Alpu mahalının Beyazaltın səmtində meşədə yanğın başlayıb.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, əraziyə Əskişehir Meşə İdarəsinin yanğınsöndürmə qrupları cəlb edilib.

Yanğının söndürülməsi işlərinə 4 helikopter və 1 təyyarə ilə havadan dəstək verilir.

Qeyd edək ki, alovlara, 5 su çəni, 2 su tankeri və ekoloji yanğınsöndürənlər müdaxilə edirlər.

Qoşqar Bəylərov

 





15.08.2023    çap et  çap et