525.Az

Etiqadın gücü


 

Etiqadın gücü <b style="color:red"></b>

Sovet dövründə ali məktəblərdə ateizm bir fənn kimi tədris  edilirdi. Yaşlı nəslə mənsub insanlar bu təlimlə yaxından tanışdırlar. Ateistin manifestində oxuyuruq: “İnsanın heç bir dinə Allaha inanmamağa, dini ayinləri yerinə yetirməməyə, öz fikirlərini azad surətdə genişləndirməyə hüququ var”. Yaxud: “Hər bir məmur öz rəsmi vəzifəsini icra edərkən, bütün dini konfessiyalara eyni şəkildə laqeydlik göstərməlidir”. Sovet dövründə sosializmin siyasi  ideologiyasında ateizm təlimi xüsusi yer tuturdu. Əlbəttə, çoxları siyasi quruluşa zahirən tabe olub dilinə gətirməsə qəlbində Allah eşqi yaşayırdı.

 

Əslində  ateizmin kökləri daha qədimdir. Hələ antik dövr alimlərinin fəlsəfi dünya görüşlərində ateizm üstünlük təşkil edib- Fales, Anaksimandr, Demokrit, Pifaqor, Evripid, Epikur başqaları. Məsələn, Anaksimandr az qala Darvin kimi  sübut etməyə çalışıb ki, insan başqa növ heyvandan əmələ gəlib. Epikur deyirdi: “Ölümdən sonra heç bir başqa dünya yoxdur.Ona görə ondan qorxmaq lazım deyil... qədər biz varıq ölüm yoxdur, ölüm varsa, demək biz yoxuq”. Epikur daha sonra deyirdi: “Allah şəri aradan qaldırmaq istəyir, lakin bacarmır. Demək o, gücsüzdür. Bacarsa da , amma bunu istəmir. Demək o, zalımdır. Bəlkə istəyir. Elə isə şər hardan yaranır? Bacarmır istəmir? Elə isə niyə onu Allah adlandıraq?” Lukian isə özündən əvvəlki filosoflardan fərqli olaraq qeyd edib ki, din təbiət  hadisələri qarşısında qorxudan əmələ gəlməyib, onun dərin sosial  kökləri var. Roma hökmdarları uzun illər xristian dininə qarşı qadağalar qoyub, onun ardıcılları təqib edilib. Məhz 311-ci ildə dövlət  nəzarəti altında xristian dininə rəsmi icazə verilir. Müdrik Konfutsi demişkən : “Hökmdar küləyə, xalq ota bənzər. Külək hardan əssə ot başını o yana əyər”.

 

V. Lenin, V.Belinski, A.Gertsen, N.Çernışevski, A.Lunaçarski, M.Qorki, V.Mayakovski, D.Bednı, K.Siolkvski, K.Timiryazev, İ.Pavlov, B.Vernadski, A.Çexov, M.Şoloxov başqaları öz yaradıcılığında elmi işlərində ateist ruhda köklənmişdilər. Akademik, məşhur həkim İ.Pavlov dini psixoterapiyanın növlərindən biri hesab edirdi. N.ÇernışevskiAntropoloji prinsipəsərində qeyd edirdi ki, heç sübut edə bilməz ki, insanda qeyri-adi ilahi ruh var. O, Tanrı qarşısında insanın məsuliyyətini qəbul etmirdi. Bəlkə ona görə çətin anlarında tərəddüdlərə qapılanda etməli?” sualı ortaya çıxırdı.

 

Xatırlamaq yerinə düşərdi ki, Nitsşenin ateist  fəlsəfəsi bəşəriyyətə  baha başa gəlmış, XX əsrin tarixində faciəvi rol oynamışdır.Onun fikirlərindən bəhrələnən Hitler nasizm ideologiyasını yaradır. Milyonlarla insanların qatilinə çevrilir. Ümumiyyətlə, müstəmləkəçi siyasətinin özündə qəddarlıq dayanır. X.Kolumbun 1492-ci ildə  yeni qitəni-Amerikanı kəşf etməsi avropalıların hindulara qarşı genosidi  ilə nəticələnir.

 

Ateistlər öz fəlsəfəsinə uyğun ideoloji cərəyanları, sosial hərəkatları genişləndirmək üçün  yetərincə gücə malikdirlər. Bu,  onun sosial, “mədənipotensialını həyata keçirməyə köməklik göstərir. Sosioloqların araşdırmalarına görə, Hollandiyada 15 il ərzində kilsələrdə ibadət 60-90% azalıb, Fransada da təxmini eyni vəziyyətdir. Bir sözlə, Qərbi Avropada 30 il ərzində yeni bir kilsə, kostyol  tikilməyib.  Bəzi dini məbədlər  kommersantlara satılır, ordan ticarət obyekti, idman zalı kimi istifadə edilir. Oktyabr inqilabından sonra sovet quruluşu dövründə belə bir proses həyata keçirilmişdi. Kilsələr, məscidlər dağıdılır, keçmişin qalığı kimi  tarixdən silinirdi.

 

Lakin bu yaxınlarda  Berlində xristian, müsəlman yəhudilər üçün ekumenizmi təbliğ edən  məbədin tikintisi nəzərdə tutulub. Əgər xalqlar arasında sülh, həmrəylik belə məbədlərin tikintisindən asılı olsaydı,  biz  bu layihələrin səmərəliliyinə inanardıq. 8 iyun 2014- ildə Vatikanın bağında provoslav, katolik, yəhudi, islam dininin nümayəndələri Roma papası Fransiskin dəvəti iləyaxın Şərqdə sülhün bərqərar olması üçün  birgə ibadətə dəvət edilmişdilər. Patriarx Varfolomey, İsrailin Prezidenti Şimon Peres, Fələstinin Milli Muxtariyyətinin rəhbəri Mahmud Abbas başqaları burda iştirak etmişlər. Allah qarşısında dua edib, sonra silaha əl atmaq bir araya sığmır. Bir aydan sonra İsrail əsgərləri fələstinliləri qanına boyamağa başladılar. Yəqin  düşünürlər ki, Allah çox uzaqdadır, bəlkə heç dualarımızı eşitməyib. Mahatma Qandinin sözləridir:“Duada qəlbsiz sözlərdənsə, sözsüz ürəyə malik olmaq daha yaxşıdır”.

 

AmerikanınƏzəmətli Bryusfilmini xatırlayaq. Uğursuzluqlardan təngə gələn jurnalist Bryus bir dəfə çox qəribə binaya dəvət alır. O, tanımadığı yerə getmək istəməsə məcbur gedir məlum olur ki, Allah  onunla görüşmək istəyir.  bir neçə müddətə Allah Bryusa öz səlahiyyətlərini verir. Bir çox sərgüzəştlərdən sonra Bryus dərk edir ki, Allah olmaq elə asan məsələ deyil. Çünki  o, gecə-gündüz insanların taleyində iştirak edir. Yorğunluq, yuxusuzluq, laqeydlik Allaha yaddır. Hamının arzularından, dualarından xəbərdardır.

 

Bu həyatda Allah bizi öz qədim günahlarımızla birgə üz-üzə qoyub! Bəşəriyyət üçün isə bu, ən ağır sınaqdır. Vicdanımız  günahlardanxəstələnib”. Bu xəstəlik çoxmu davam edəcək?  Bunu, ancaq Allah bilir! 1970-ci ildə Nyu-Yorkda yarananSülh uğrunda dinekumenik, patsifist  təşkilatı müxtəlif din nümayəndələrini özündə birləşdirib. Bu çağırışları dəstəkləyən cəmiyyətlər hələ qəti deyə bilməzlər ki, bəli, bizim qurum hansısa regionda müharibənin qarşısını ala bilib. Uzun illərdir ki, silahlarsülhdeyən sözləri ölümcül yaralayıb, onların göyərçin kimi qanadlarını sındırır. Müharibələrdə partlayan  bombaların zəhərli qazlarına qarşı göylərdəki mələklər yəqin ki, səmavi  əleyhqaz geyinir.

 

Siyasətçilər müharibələrdə öz çirkin məqsədinə çatandan sonra qanlı əlləri ilə vərəqlərdə kövrək sülhü təsdiqləyən sənəd imzalayırlar.Torpaqlarda müharibə, kağızlarda sülh. Daha sonra müharibə qurbanlarına həsr edilən daş heykəllər, kompozisiyalar  turistlərin ziyarət etdiyi məkana-muzeyə çevrilir. Nankin qətliamını əks edən  açıq səma altında yaradılmış kompozisiyada  o dövrdə insanların yaşadığı acı-ağrı heykəllərdə öz təcəssümünü tapıb.  Bu faciənin tarixi ilə tanış olan  hər bir ziyarətçinin qəlbində  qanlı hadisələr dərin izini  qoyur.  Heykəlləri açıq səma altında görmək o faciəni yaxından görmək deməkdir. Tunc bədənli heykəllərin üzündə, dodaqlarında donmuş haray canlanıb yeri-göyü titrədə bilsəydi müharibələri susdura bilərdi...

 

Son illər ərəb ölkələrində  radikal qüvvələrin, düşmən əsgərlərinin  hədəfində məscidlər, müqəddəs ocaqlardır, onların külü göyə sovrulur. Yunus peyğəmbərin partladılan qəbri kimlərinsə yerini dar edib.  Belə getsə,  qədim muzeylər məhv olmaq ərəfəsindədir. Milli-mədəni abidələr təcavüzkar qüvvələrin hədəfindədir. Bu, ateizmin təbliği deyilmi? Rerix Paktına əsasən  müharibə zamanı mədəniyyət abidələrində, muzeylərdə xüsusi bayraqlar asılır ki, bu obyektər dağıdılmasın. Bunu  rəmzi olaraq  xalq arasındamədəniyyətin qırmızı xaçıadlandırırlar.

 

Bilmirəm, oxuduğum bu yeni xəbərə sevinim ya ağlayım, “İsveç müsəlmanlar assosiasiyasının  rəhbəri Mahmud Əldəbə qəribə bir layihəni həyata keçirməyə hazırlaşır. Şaxta babanın vətəni olan Laplandiyada buzdan məscid inşa etmək istəyir. Bura turistlər cəlb edilməklə yanaşı onlar islam mədəniyyəti ilə tanış ola biləcəklər. Vay o günə ki, ərəblər qışda Laplandiyaya buz kimi soyuq məscidi ziyarətə getməyə  məcbur olsunlar.

 

Ən təəssüf doğuran xəbər isə odur ki, Dünya Kilsələr Şurası bütün  kilsələrlə  birgə  2015-ci il aprelin  24- qondarma  ermənisoyqırımını tanımağa hazırlaşır. Bəs, 1918-ci ildə 31 mart tarixində ermənilər  tərəfindən azərbaycanlıların soyqırımının hesabını kim verəcək? 1992-ci ildə törədilən  Xocalı faciəsi, yarası hələ sağalmayıb. Ürəyimizə düşmən ermənilərin vurduğu yaraların qanı hələ axır.

 

31 mart qırğınında 25 min azərbaycanlı amansızlıqla qətlə yetirilib. Ermənilər 2 min nəfərin sığındığı xəstəxananı yandırıb. Zəngəzur qəzasında 115 azərbaycanlı  kəndı yandırılmış, 10068  soydaşımız öldürülüb, şikəst edilib s. vəhşilklər törədilib. Bu haqda nəinki  bizim tarixçilərimiz,  həm xarici müəlliflər  öz  obyektiv münasibətini kitablarda  geniş şəkildə əks etmişlər.  İki əsrdir Azərbaycan əhalisinə  qarşı  təşkil olunan qətliamlar dünya ictimaiyyəti tərəfindən qəbul edilməlidir.

 

Dünya Kilsələri Şurası yaxşı olardı ki, təqvimdə yeni bir tədbirin həyata keçirilməsində iştirak etsin.  Dünyada törədilən bütün soyqırımlarda həlak olanların ruhu üçün dualar oxunsun.  Bəşəriyyəti  barışığa çağıran bir aksiya təşkil etsin.

 

Ən böyük həqiqət  isə odur ki, ilk dəfə İslam Əməkdaşlıq Təşkilatı ermənilərin təcavüzkar siyasətini pisləmiş, Xocalı soyqırımını tanımışdır. Beynəlxalq səviyyədə qazanılan  uğurlarımızda  Heydər Əliyev Fondunun  prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın xidməti əvəzsizdir.

 

1946- ildən ömrünün sonuna kimi (1978) islam dininin  ən parlaq tədqiqatçılarından  biri olan  Anri Korbenİslam fəlsəfəsinin tarixiəsərində yazır: “Çox təəssüf ki, islam fəlsəfəsi uzun müddət dərsliklərə salınmamış, fəlsəfə tarixi üzrə elmi-tədqiqat işləri daha doğrusu, latın sxolastlarının nöqteyi-nəzərincə öyrənilmişdir”. Bu mövqe dinlər arasında barışığa, yaxınlığa şərait yaratmağa mane olur. Fikirlərdə gedəndöyüşlər”, ayrı-seçkilik silahdan da güclüdür. Qeyd etmək yerinə  düşərdi ki, ekumenizm dini-fəlsəfi liberal cərəyandır.

 

Müasir ekumenizm əslində qloballaşma prosesinin önündə gedir. Bu hərəkat 1910-cu ildə Edinburqda fəaliyyətə başlayıb. Dinlərin birləşdirilməsinə çalışan  beynəlmiləl din həvəskarları tarixdə az olmayıb. Onlardan biri görkəmli filosof, rəssam, yazıçı kimi  dünya mədəniyyətində bir çox  əsərləri, fəlsəfi görüşləri ilə seçilən  Nikolay Rerixdir . Onu elmlə dinin sintezi məsələləri çox düşündürüb. “Şərq Qərb”, “İerarxiya”, “Aqni-yoq”, “Asiyanın qəlbi s. kitabların müəllifidir. Sovet hakimiyyəti dövründə o, dövlət rəhbərlərinə buddizm ilə kommunizmi birləşdirib vahid siyasi ideologiyanın yaradılmasını təklif etmişdi. Lakin bu təklif dövlət  tərəfindən qəbul edilmir.  Buddanın  müqəddəsliyi qarşısında təzim etməyin  sovet adamı üçün yolverilməz olduğu bildirilir. Nikolay Rerixin  Mahatma-Leninadlı yeni siyasi quruluş haqqındakı  fikirləri öz inkişafını tapmır.

 

Ateizmdə müqəddəs sima olmur, o simanınmissiyasını  Stalin öz üzərinə götürmüşdü. Ateist cəmiyyətində müqəddəs məbəd Leninin mavzoleyi idi. Onu ziyarət etmək üçün səhər-axşam  insanlar növbəyə dayanırdılar. Kilsənin zəngləri, məscidlərdən gələnAzansəsləri indi  suveren dövlətlərdə  ateizmin məhvi üzərində qələbə himnidir. İndi bu din ocaqlarına daha çox insan axışır...

 

Bir haşiyəyə çıxım. Bir gün qocaman müəllim auditoriyada öz tələbələrindən soruşur: “Deyə bilərsinizmi, niyə insanlar mübahisə edəndə çox vaxt səslərini ucaldırlar?” Tələbələr  buna müxtəlif  izahlar versələr , düzgün  cavab verə bilmirlər . Müəllim bu suala  belə aydınlıq gətirir: “İnsanlar əsəbiləşib mübahisəyə qalxan zaman elə bil bir-birindən uzaqlaşırlar. Sanki  aralarında böyük bir məsafə yaranır elə zənn edirlər ki,  səsləri uzaqdan eşidilmir   başlayırlar qışqırmağa”. Tələbələr soruşur: “Bəs, insan sevərkən hansı halları yaşayır?”  Müəllim təbəssümlə deyir: “ Bunun cavabını siz bilərsiniz. Sevgi insanlar  arasındakı məsafəni azaldır,  qəlblər  bir-birinə yaxınlaşır öz məhəbbətini  az qala pıçıltıyla  paylaşırlar”.

 

Kaş məhəbbətin məsafə ölçüsü olan yaxın dostluq,  keyfiyyət rəmzi olan sədaqət  siyasi burulğanlara  düşmədən insanlara  dinindən asılı olmayaraq  sülh gətirsin. Sülh sözü ölkələrdə çəmən kimi göyərsin. Bu çiçəkli çəmənə xüsusən uşaqların daha çox ehtiyacı var...

 

 





11.08.2014    çap et  çap et