525.Az

Barıt qoxulu xatirələrim...


 

Barıt qoxulu xatirələrim... <b style="color:red"></b>

Son günlər ön cəbhədə baş verən hadisələr mənə uşaqlığımı xatırlatdı. Torpaqlarımız işğaldan azad olunmuşdu, amma mən öz evimizdə, Qarabağda yox, Əli-Bayramlıda, qaçqınçılıqda dünyaya gəlmişdim. İlk xatirələrim Rusiya ilə baglı olsa, valideynlərim müharibədən çox danışıblar mənə. Danışdıqlarının da çoxu xoş ovqat yaradan xatirələr olub. Atam-anam mənə şəhidlərdən, ev-eşiyindən didərgin düşən insanlardan çox danışmazdılar.

 

Bir gün atam hospitaldan çıxıb qolusarıqlı evə gəlir. Bizim o vaxt vaqon evimiz var imiş, 2-3 yaş böyük bacım o evə heç kəsi buraxmazmış. Atam gəlir, bacım atama yaxınlaşır, sarıqlı qoluna baxır, əmziyini çıxarıb soruşur: “Bunu kim eləyib?” Atam deyir: “Ermənilər eləyib”. Bacım yenə soruşur: “Bəs sən onlara neynədin?” Atam gülə-gülə: “Hamısını öldürdüm” – deyir. Deyəsən, cavab bacımı razı salır, amma 4-5 dəqiqədən sonra yenə əmziyini çıxarıb soruşur: “Onlar səndən istəyirdilər ki?” Atam: “Onlar deyirlər ki, buralar bizimdir, buraların hamısı bizimdir ”. Bacım gözlərini bərəldib təzədən soruşur: “Hamısı? Vaqon da bizimdir deyirlər?” Atam: “, vaqon da bizimdir deyirlər”.  Bacım hirslənib çığırır: “Yoox, vaqon mənimdir, heç kimə vermərəm bu vaqonu”.

 

Deyirlər ki, bacım hələ qaçqınçılıqdan əvvəl tədarükünü görübmüş: torbasına bir dənə şirin bibər, bir dənə pomidor, bir dənə dolu konserv qutusu qoyub hər gün anamdan soruşarmış: “Bəs biz qaçqınçılığa getmirik?”

 

Sonra o deyən kimi olur: gedirik...

 

... Atam kitablarını Horadizdəki həyətimizdə, əncir ağacının dibində basdırıbmış (indi yəqin hamısı çürüyüb)...

 

Atam danışırdı ki (mənim atam kəşfiyyatçı olub), bir gün dostlarıyla Horadizə girirlər. İşğal altında olan kənd od tutub yanırmış. Atam deyirdi ki, “kəndin yandığını görüb çox sarsıldım, istədim həyətimizdəkiMoskviçimi yandıram,  amma əlim gəlmədi. Sonrakı gedişimdə maşını qapıda görmədim, yəqin ermənilər yandıra bilməyiblər, götürüb aparıblar”. OMoskviçin atam üçün çox böyük mənəvi dəyəri var imiş: anamı o maşınla qaçırıbmış...

 

Hərdən gecələr yuxudan ayılıb görürəm ki, atam yatmayıb, pəncərədən çölə boylanır. O qədər fikirlidir ki, heç mənim ona göz qoymağımdan da xəbərsizdir. Deyəsən, düşüncələr onu çox uzaqlara aparıb. Yəqin atam elə bilir ki, müharibədə dostlarının onun qolları arasında canını tapşırmasından, son nəfəsini verməsindən xəbərim yoxdur. Hərdən atam yuxulu olanda həmin o sarıqda qolu tərpənir. Anamdan öyrənmişəm ki, atamın qolunda qəlpə var. Atam ağrılarını büruzə verməsə , kontuziyalardan, qəlpələrdən necə əziyyət çəkdiyini görürəm. Atamı belə pəncərənin qarşısından dayanan görəndə düşünürəm ki, ya qolundakı ağrıları incidir, ya da yenə yuxuda şəhid dostlarını görüb. bir fikirləşirəm ki, çətin, əzab-əziyyətli uşaqlıq həyatından sonra, Allah atamın ömür payına niyə müharibə verib?

 

...Atam müharibədə imiş, anamsa Əli-Bayramlıda çörək növbələrində dayanıbqaçqındırtənəsinə dözməli olurmuş. Gündüzlər heç ağlamağa da vaxtı olmurmuş. Gecələr gözünə yuxu getməzmiş anamın: sabah bizi nəylə doyuracağını düşünə-düşünə Allaha dua edirmiş ki, atam sağ-salamat qayıtsın...

 

...Atam o gün anamdan kəşfiyyat xəritələrinin yerini soruşdu. Anam dedi ki, müharibəyə getsən, belimə qumbara bağlıyıb özümü partladacağam. Atam gülümsündü, anamı sakitləşdirmək istədi: “Yaxşı, özünü uşaq kimi aparma. Şuşa da, Laçın da mənim vətənimdir, o yerlərə məndən yaxşı bələd olan adam yoxdur, lazım olsa, əlbəttə, gedəcəyəm”...

 

Anamözümü partladacağamdeyəndə yadıma bir xatirə düşdü. Anam danışmışdı, o vaxt hələ Horadizdə imişlər, atam ermənilərin Horadiz istiqamətində irəlilədiklərini eşidəndə anama bir qranat verib deyir ki, bir şey olsa, özünü , uşağı da (bacımı) öldürərsən. Anam əsir düşməkdən bərk qorxurmuş. Deyirdi ki, hər gecə yatmazdan əvvəl düşünürdüm, ermənilər gəlsə, qabaqca bacını boğub öldürəcəm, sonra da mətbəx bıçağı ilə özümə qəsd edəcəm.

 

Anam o vaxt ikicanlı imiş: bətnindəki o körpə isə mən olmuşamFirəngiz...
 





11.08.2014    çap et  çap et