525.Az

Nəcməddin Sadıqov cəbhə bölgəsinə gedib


 

Nəcməddin Sadıqov cəbhə bölgəsinə gedib <b style="color:red"></b>

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, səfərin məqsədi müdafiənin ön xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

 





11.08.2014    çap et  çap et