525.Az

AMB valyuta hərracında banklara satılan dolların həcmini açıqlayıb


 

AMB valyuta hərracında banklara satılan dolların həcmini açıqlayıb<b style="color:red"></b>

17 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

525.az-a bu barədə Azərbaycan Mərkəzi Bankdan bildirilib. Məlumata görə, hərracda tələb 41.3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 23.7% azdır. Belə ki, 15 avqustda keçirilən valyuta hərracında banklar 54.1 milyon dollar alış həyata keçirib.

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 





17.08.2023    çap et  çap et