525.Az

Sibel Cana “səs” verdilər


 

Sibel Cana “səs” verdilər<b style="color:red"></b> Türkiyədə keçirilmiş prezident seçkiləri zamanı qəribə hadisə baş verib.

Lent.az-ın yerli “Vətən” qəzetinə istinadən verdiyi xəbərə görə, Balıkesrin Ərdəmit vilayətinin Altınqum məhləsindəki mədəniyyət evində səslər sayılan zaman zərfin içindən müğənni Sibel Canın fotosunu çıxıb.
 
Səsvermə bülletenindəki namizədlərdən Rəcəb Tayyip Ərdoğan, Əkmələddin İhsanoğlu və Səlahəddin Dəmirtaşın fotolarının üstünə “X” işarəsi qoyan vətəndaş “Seçirəm” möhürünü Sibel Canın fotosuna vurub.
 
Sibel Canın fotosu çıxan zərf etibarsız sayılıb.
 





11.08.2014    çap et  çap et