Ukraynanın məşhur “Azov” xüsusi təyinatlı briqadası cəbhəyə qayıdıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Qvradiyası məlumat yayıb.
Məlumatda xüsusi təyinatlı “Azov” briqadasının yenidən Serebryansk meşəsi ərazisində döyüş tapşırıqlarını yerinə yetirməyə başladığı bildirilib.
Həmçinin, briqada döyüşçülərinin cəbhə xəttində mövqeləri qoruyub saxladığı, Rusiyanın canlı qüvvə və texnikasına zərbələr vurduğu məlumatı verilib.
Qeyd edək ki, “Azov” briqadası Donetsk vilayətində eyniadlı zavodun müdafiəsi zamanı mühasirəyə düşərək Rusiya tərəfindən əsir götürülmüşdü. Onların azad edilərək Türkiyəyə göndərilməsinə dair Moskva ilə Ankara arasında razılıq əldə edilmişdi. Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərindən sonra onlar ölkəyə qaytarılıb.
Qoşqar Bəylərov
çap et