525.Az

Putin Baş Qərargah rəisinin məruzəsini dinləyib


 

Putin Baş Qərargah rəisinin məruzəsini dinləyib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Rostov-na-Donuda hərbçilərə iclas keçirib.

525.az bu barədə Rusiya dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun, bölgə komandirlərinin və qrupun digər yüksək rütbəli zabitlərinin məruzələrini dinləyib.

Qeyd edək ki, Putin dəfələrlə ordunun Rostov-na-Donudakı qərargahına baş çəkib. Belə ki, o, burada iclas keçirib və hərbçilərin hesabatlarını martın ortalarında - Mariupola ilk dəfə səfər etdiyi vaxtda dinləyib.

 





19.08.2023    çap et  çap et