525.Az

Viktor Yanukoviçin keçmiş iqamətgahının yerində park salınacaq


 

Viktor Yanukoviçin keçmiş iqamətgahının yerində park salınacaq<b style="color:red"></b>

Ukrayna Prezidenti Volodimir Zelenski sələfi Viktor Yanukoviçin Kiyev yaxınlığındakı dövlət iqamətgahının yerində milli parkın yaradılması haqqında qanunu imzalayıb.

525.az xəbər verir ki, park Kiyev vilayətinin Vışqorodski rayonu ərazisində yerləşəcək və ümumi sahəsi 138,6 hektar olacaq.

Qanunda qeyd olunub ki, park Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinə tabe olan xüsusi administrasiya tərəfindən idarə olunacaq.

 





19.08.2023    çap et  çap et