525.Az

1954-cü ilin Ferrarisi 2 milyon dollara satıldı


 

1954-cü ilin Ferrarisi 2 milyon dollara satıldı<b style="color:red"></b>

ABŞ-də keçirilən hərracda "Ferrari" markalı köhnə yarış avtomobilinin yanmış hissələri təxminən 2 milyon dollara satılıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, maşın 1960-cı illərdə bir yarış zamanı yanıb və onilliklər ərzində toxunulmaz olaraq qalıb. "Ferrari"nin ilk yarış sürücüsü Franko Kortese tərəfindən istifadə edildiyi bildirilib. 

Təhlilçilər deyiblər ki, yeni alıcı yenidən yarışmaq üçün onu bərpa etmək istəyə bilər. 

1954-cü il model avtomobil 500 Mondial Spider Series I və indiyə qədər hazırlanmış 13 yarış avtomobilindən biridir. Onun gövdəsini dizayner Pinin Farina hazırlayıb. Bu illər ərzində avtomobil dəfələrlə qəzaya uğrayıb və yanıb. 1978-ci ildə isə maşın zədələnmiş vəziyyətdə ABŞ kolleksiyaçısı tərəfindən alınıb. 

Malik Atilay

 





21.08.2023    çap et  çap et