525.Az

Masallıda yanğın baş vermiş meşə ərazisinə helikopterlər nəzarət edir


 

Masallıda yanğın baş vermiş meşə ərazisinə helikopterlər nəzarət edir <b style="color:red"></b>

Avqustun 10-da günün ikinci yarısından Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qəriblər meşəbəyliyinin 6A saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) hadisə yerinə cəlb olunmuş müvafiq yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə dəstələrinin səyləri nəticəsində bu gün səhər saatlarında lokallaşdırılıb.

APA-nın cənub bürosunun məlumatına görə, cəmi bir neçə saat sonra isə sözügedən ərazidə yenidən yanğın qeydə alınıb. Hadisə yerinə FHN-in yanğınsöndürən maşınlarının çıxması mümkünsüz olduğundan yanğının söndürülməsinə FHN, ETSN və yerli qurumların 300-ə yaxın canlı qüvvəsi və 2 helikopter cəlb olunub. Onların birgə səyi ilə yanğının genişlənməsinin qarşısı alınsa da, hava küləkli olduğundan ərazidə yanğın təhlükəsi hələ də sovuşmayıb.
 
Qeyd edək ki, 1 hektaradək ərazinin məruz qaldığı yanğına nəzarət hazırda 2 helikopter vasitəsi ilə həyata keçirilir.

 





11.08.2014    çap et  çap et