525.Az

Azərbaycanda bir bankomata düşən əməliyyatların həcmi 22 faizdən çox artıb


 

Azərbaycanda bir bankomata düşən əməliyyatların həcmi 22 faizdən çox artıb<b style="color:red"></b>

2023-cü ilin iyul ayında Azərbaycanda bir bankomata düşən əməliyyatların orta aylıq həcmi 1 milyon 110,8 min manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.5% artıb.

Qeyd edək ki, cari ilin iyul ayında bir bankomata düşən əməliyyatın sayı 4811, bir əməliyyatın orta ayıq həcmi isə 230.9 manat təşkil edib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bir bankomata düşən əməliyyatların sayı 37% artıb, bir əməliyyatın orta ayıq həcmi isə 10.5% azalıb.

 

 





22.08.2023    çap et  çap et