525.Az

ABŞ hərbi təyyarələri "İslam dövləti” qruplaşmasına növbəti zərbə endirib


 

ABŞ hərbi təyyarələri "İslam dövləti” qruplaşmasına növbəti zərbə endirib<b style="color:red"></b>

ABŞ-ın hərbi təyyarələri İraqın şimal-qərbində “İslam dövləti” (keçmiş İŞİD) qruplaşmasının mövqelərinə növbəti hava zərbələri endirib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının açıqlamasında bildirilir.
 
ABŞ-a məxsus qırıcı təyyarələr Sincarda “İslam dövləti” nin bir neçə blokpostunu, zirehli texnika və yaraqlıları daşıyan yük maşınlarını məhv edib. 
 
Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-də “İslam dövləti” qruplaşmasının mövqelərinə zərbə endirməyə başlayıb.

 





12.08.2014    çap et  çap et